BolgeXeber.Com » Şou-Biznes » Rəqsanə paltarlarına görə 28 min ödəməlidir - 11 ildir borcludur

Rəqsanə paltarlarına görə 28 min ödəməlidir - 11 ildir borcludur

30-08-2019, 13:03
Oxunub: 5 796 Rəqsanə paltarlarına görə 28 min ödəməlidir - 11 ildir borcludurMüğənni Rəqsanə İsmayılova 2008-ci ildə aldığı geyimlərin pulunu indiyədək ödəmədiyi üçün məhkəməyə verilib.

Bolgexeber.com xəbər verir ki, bu barədə Bizimyol.info yazıb.

Bildirilir ki, məsələ ilə əlaqədar müğənninin haqqında məhkəmə qərarı çıxarılıb. Onu məhkəməyə verən isə ifaçıya geyimləri satan Sevinc Zülfüqarova olub.

O, Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddiada R.İsmayılovadan 28 min 447 manat pul tələb edib. Göstərib ki, müğənni 2008-ci ildə ondan 11 min 790 manatlıq geyim alıb, pulunu ödəməyib.

S.Zülfüqarovanın bildirdiyinə görə, o, öncə müğənnidən Nəsimi Rayon Polis İdarəsinə şikayət edib. İdarədə araşdırma zamanı Rəqsanə ona 5 min manat borcu olduğunu etiraf edib.

S.Zülfüqarova iddia ərizəsində yazıb ki, hətta Rəqsanənin dediyi həqiqət kimi qəbul olunsa belə, 5 min manatı 10 ildən çox ödəməməklə müğənni ona xeyli ziyan vurub:

"5 min manat o vaxt 6 min 400 dollara bərabər idi. Onun pulu ödəməməsi nəticəsində mənəvi sarsıntı keçirməklə yanaşı, maddi ziyan da çəkmişəm. Bankdan illik 19 faizlə kredit götürmək məcburiyyətində qalmışam. Krediti çox çətinliklə ödəmişəm, bir hissəsi də qalıb”.

Nəsimi rayon Məhkəməsi 28 min 447 manatlıq tələbdən 7 min manatını təmin edib. Bu qədər məbləğin R.İsmayılovadan tutulub, S.Zülfüqarovaya ödənilməsinə qərar verib. Müğənni bu qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin edib. O əsasla ki, S.Zülfüqarova borc məsələsilə əlaqədar məhkəmədə iddia qaldırmaq müddətini ötürüb. Qanunda bu cür şikayətlər üçün müddət nəzərdə tutulub.