Məşhur meyxanaçının həyat yoldaşı: “Aysudan öncə başqa xanıma görə...”
21-09-2019, 11:39
Oxunub: 10 091
"Orxanla Aysudan öncə başqa xanıma görə mübahisə etmişik"
Tanımış meyxanaçı Orxan Lökbatanlıdan model Aysu Bədəlzadə ilə sevgili olduğu üçün boşanmaq qərarı verən həyat yoldaşı Kəmalə Teleqraf.com-un qısa suallarını cavablandırıb.
- Kəmalə xanım, Orxan bəylə model Aysu Bədəlzadənin səmimi fotolarını görəndə necə reaksiya göstərdiniz? Onunla əlaqə saxlamağa çalışdınızmı?
- İlk öncə deyim ki, Orxandan boşanmaq üçün məhkəmyə müraciət etmişəm. Orxan ayın 22-də evdən çıxıb. Mübahisə etdik və evdən getdi. Fotoları görəndə təəccüblənmədim.
- Orxan bəyin Aysu Bədəlzadə ilə sevgili olduğunu nə zaman bildiniz?
- Əslində, Orxanla Aysudan öncə başqa xanıma görə mübahisə etmişik. Bir xanım mənə zəng etdi və Orxanla münasibətinin olduğunu dedi. Mübahisə düşdü, Orxan acıq edib, evdən getdi. Sonra mənə Aysu adlı xanımla şəkillərini göndərdilər. Yaxın günlərdə Orxanı atalıqdan da məhrum edəcəm. Mənim övladıma o cür ata lazım deyil.
- Orxan bəy qeyd edir ki, Aysu ilə sevgili deyil və fotolar klip çəkilişləri zamanı çəkilib.
- Ağ yalandır. Hər halda klip çəkilişi olduğu halda oteldə qucaqlaşıb, meyxana deməz. Eləcə də qucaqlaşıb, öpüşüb telefona çəkməzlər. Görüntüləri o xanım sosial şəbəkədə paylaşmışdı.
- Orxan bəy mətbuata açıqlamalarınızdan sonra sizinlə əlaqə saxlamağa cəhd edibmi?
- Xeyr. Biz ayrılmışıq. Orxan mənim və oğlum üçün yoxdur. Bizə elə həyat yoldaşı və ata lazım deyil. Orxanla ailəsi tamamilə bağlarını kəsib.
- Siz Orxan bəyin ikinci ailəsisiniz. Onun Səbinə adlı həyat yoldaşı da olub.
- Bəli, bir dəfə ailəli olub. Onun ikinci həyat yoldaşıyam.
- Yenidən sizinlə barışmaq istəsə, qəbul edərsiniz?
- Əsla. Hətta yaxın günlərdə onu atalıqdan da məhrum edəcəm.
- Onun valideynləri ilə münasibətiniz necədir?
- İnanın ki, heç biri ilə əlaqə saxlamıram, münasibət qurmuram. Tamamilə onlardan uzaqlaşıram. Hətta övladımı da onlardan uzaq tuturam. Onların heç bir günahı yoxdur. Ayrıldığıma görə bağlarımı kəsirəm. Onlarla heç bir problemim yoxdur.
- Aysu ilə fotoları yayılana qədər münasibətləri haqqında məlumatlı deyildiniz?
- Əslində, Orxanı başqa xanımla görmüşdüm. O xanım da yüngül həyat tərzi yaşayırdı.
- Sizinlə evlilik zamanı Orxan bəyin həyatında qeyd etdiyiniz xanımlardan başqa kimsə olub?
- Bəli, başqa xanımlarla da münasibət saxlayıb. İki il əvvəl bir xanımla bir il səkkiz ay sevgili olub. Orxan sonra dedi ki, səhv edib. Övladıma görə güzəştə getdim. Amma bu dəfə bağışlamayacam.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər