“Musanı mən adam elədim” – Təranə Qumral
15-04-2013, 20:15
Oxunub: 7 524
Təranə Qumral açıqlamasında keçmiş həyat yoldaşı Musa Musayevin ittihamlarına cavab verdi: “ Musa ilə mənim boşanmağım çoxdan olub. Mən bütün sənədləri göstərə bilərəm. Sadəcə olaraq, uşaq atasız qala bilmədiyi üçün mən Musanı qızımın başına fırlayıb dedim ki, ailə kimi olmasa da, bir yerdə yaşamağa davam edək, həm də birgə yaradıcı fəaliyyətimiz də var. Bəzən aramızda söz-söhbətlər də olurdu.
Yataqda məni başqa birisi ilə tutduğuna gəlincə, qoy ad çəksin. Əgər, həqiqətən, məni kimləsə tutubsa, niyə öldürməyib? Elə ikimizi də öldürərdi. Çox xahiş edirəm jurnalistlər yazıb-pozmaq üçün bu mövzunu şişirtməsinlər. Qardaşları bir yandan, anası bir yandan üstümə hücum çəkirlər. Onu da deyim ki, Musanın psixoloji problemləri də var idi.”
Qumral Musanın külli miqdarda borcu olduğunu açıqladı: “Ondan-bundan borc yığıb pulları futbola yatırırdı. 3 min birindən, 3 min 6 yüz birindən, 10 min, 20 min də başqalarından alıb borca girmişdi. İstəsəniz Musanın borclu olduğu insanların nömrələrini onlara verə bilərəm. O, borc alıb kimlərəsə yedirdəcək, mən niyə balalarımın boğazımdan, geyim-keçimlərindən kəsib ona xərcləməliyəm? Artıq cana doydum. Və dedim ki, səninlə bir yerdə yaşamaq istəmirəm. O da dedi ki, mənimlə yaşamasan mən səni biabır edəcəyəm. Onu da deyim ki, uzun müddət idi bağda yaşayırdı. Dünən evə gəldi, heç nə demədən üstümə hücum çəkdi. Qarşısına qızım Fidan keçdi. Birinci onu vurdu. Bilmirəm o açıqlamanı haradan verib, guya polisə şikayət etmişəm, belə bir şey olmayıb.”
Musanı bir sənətçi kimi kəşf etdiyini deyən Təranə, Musanın məhz onun vasitəsilə populyar olduğunu düşünür: “Onu mən kəşf elədim, mən adam elədim. Nə olsun Musa yaxşı oxuyan idi? Ailəsi onu saymırdı.”
Müğənni Musanın psixoloji problemləri olduğunu iddia edir: “Onun psixoloji problemləri var idi. Ev şəraitində müalicə də almışdı. Cavan qardaşı dünyasını dəyişəndə ona bəd xəbəri verəndə başı pozulmuşdu. Ağlı üstündə olan adam belə bir müsahibə verməz axı? Arvadın səndən boşanıbsa, birlikdə yaşamaq istəmirsə, daha nəyə lazımdır elə yazılar yazdırmaq? Sabah başqa bir adama ərə də gedə bilərəm. Bunun heç kimə aidiyyəti yoxdur. Mən efirə çıxıb onu biabır eləmək istəmirəm. Övladlarımı, pərəstişkarlarımı düşünürəm”. - ans press
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər