Daha bir məşhur "Maşın"dan getdi-VİDEO
12-10-2019, 11:02
Oxunub: 12 250
"Maşın” realiti-şousunun 18-ci buraxılışının daha bir səsverməsi baş tutub.
Bolgexeber.com axşam.az-a istinadən xəbər verir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan aparıcı Lalə Mustafayeva olub. O, şəklinin atılacağını gözləmədiyini, şok yaşadığını etiraf edib.
Daha sonra Lalə tamaşaçılardan səs istəyərək "Bunu gözləmirdim. Oyunda qalmaq istəyirəm. Çox rica edirəm, mənə səs verin" sözlərini deyib.
Aparıcı əvvəl hədəfinin Suna Kasımoğlu olduğunu bildirsə də, daha sonra fikrindən vaz keçib: "Heç kim məndən inciməsin. Amma Türkiyədə bu cür yarışma olsaydı, onlar azərbaycanlı iştirakçını bu qədər uzun müddət oyunda saxlamazdılar”.
Lalənin bu sözləri proqramın aparıcısı, Xalq artisti Murad Dadaşov və digər iştirakçılar tərəfindən qınanılıb.
Aparıcı daha sonra dediyi sözlərə görə üzr istəyib və Sunanı çıxarmayacağını deyib.
Sonda L.Mustafayeva 58,61 faiz səs toplayaraq yarışmada qalıb. O, müğənni Türkan Vəlizadəni şoudan uzaqlaşdırıb.
Qeyd edək ki, şouda oyunu müğənnilər Ramal İsrafilov, Niyam Salami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova davam etdirir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər