"Nə əcəb hələ mən koronavirusa yoluxmamışam"- Pərvin Abıyeva
28-03-2020, 14:47
Oxunub: 9 530
"İmmunitetim zəifdir. İldə ən az 4-5 dəfə qrip oluram. Nə əcəb hələ mən bu virusa yoluxmamışam bilmirəm".
Bolgexeber.com xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayımda deyib. İzləyicilərinin suallarını cavablandıran sənətçi formada qalma sirrini açıqlayıb:
"Çörək yemirəm. Ancaq kənarını yeyirəm, içini yox. Bütün yeməklərim zeytun yağında hazırlanmalıdır. Amma indi nə gəldi yeyirəm və kökəlmirəm. Bədənim artıq formasın alıb".
Pərvin seriallara çəkilməməsindən bəhs edib. O bildirib ki, qonorar onu qane etmir:
"Seriallara 5 ildən çoxdur çəkilmirəm, kliplərdə oynamıram. Bunlardan imtina etmişəm. Çox əziyyət çəkirsən, maddi qarşılıq ala bilmirsən. Bizdə seriallarda müəyyən saat yoxdur, aktyorları son damlasına qədər işlədirlər. Çəkiliş 8-10 saat olmalıdır. Bizdə bir gün də davam edir. Vaxt olub 4 gün dayanmadan serialda çəkilmiəm. Aldığım qonorar da sağlamlığıma getdi.
Bunları "Bacanaqlar" aid etmirəm. Orada 2 il çəkildim, ödənişi, şəraiti yaxşı idi. Həftədə bir gün 4-5 saat çəkiliş olurdu".
Abıyeva "Sevgilinizlə barışdınız" sualına "Sevgilimlə barışmamışam. Nə sevgiliyə, nə sevgiyə ehtiyacım var" cavabını verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər