BolgeXeber.Com » Şou-Biznes » Yaşar Nurinin qızı: "Restoranlarda oxuyub, pul qazanıram" VİDEO

Yaşar Nurinin qızı: "Restoranlarda oxuyub, pul qazanıram" VİDEO

30-04-2020, 12:50
Oxunub: 13 059 Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər heç kimin gözləmədiyi açıqlamalar verib. SİA-nın məlumatına görə, o, özü haqda ilginc etiraflar edib: “Bir çoxları haqqımda deyir ki, atam yaşasaydı açıq-saçıq geyinməzdim. Amma bu çox yalnış fikirdir. Mən müğənniyəm. Hər zaman özümə baxmalıyam. Başımı aşağı salıb, işimlə məşğulam. Restoranlarda oxuyub, pul qazanıram. Anama da mən baxıram. Maddi durumum elə də yaxşı deyil. Balaca mənzildə yaşayıram. Kiçik sahəli bağ evim var. O, da təmirsizdir. Maşınım belə yoxdur. Onu da qeyd edim ki, əksəriyyət deyir ki, Yaşar Nurinin qızının imkanla bir şəxslə əlaqəsi var. Bu çox gülüncdür. Çünki maddi durumum göz qabağındadır. Bəziləri kimi yeni tikili binalarda evim yoxdur. Bir sözlə bəziləri hər bir hərəkətimi müzakirə edərək, lazımsız sözlər danışırlar. Anlamırlar ki, mən sənətçiyəm. İnsanları əyləndirmək üçün rəqs də edə bilərəm. Yoxsa hər dəfə “Yaşar Nurinin qızı belədir, elədir” deyib, atamın adını hallandırmaq lazım deyil. Mənim heç kimlə işim yoxdur. Heç kimin ailəsini dağıtmıram, yalvarmıram. Amma ola bilsin ki, nə vaxtsa, qarşıma imkanlı bəy çıxsın. Bir-birimizi sevək və mənə dəstək olsun. O zaman həmin şəxsin maddi və mənəvi köməyini qəbul edərəm”.