BolgeXeber.Com » Şou-Biznes » Röya: “Gərək toy qiymətlərini qaldırım...”

Röya: “Gərək toy qiymətlərini qaldırım...”

2-02-2021, 16:42
Oxunub: 984 Ümumiyyətlə, işləməyi unutmuşam. Sabah konsert, toy olsa, nə geyinəcəyimi bilmirəm. İndi müğənnidən deputatlıq, deputatdan da müğənni kimi səmimilik gözləyirlər. Daha sonra bir sözün ucundan tutub gedirlər.

Bolgexeber.com xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "10-da görüşək” verilişində qonaq olarkən deyib. Pandemiyanın təsirlərindən söz açan müğənni sözlərinə belə davam edib:
 
"Onsuz da müğənni öz yerindədir, çalıb oxuyacaq. Məmur da öz işini arxada görür. Ən çox əziyyət çəkən xalq oldu. Xanımlar onsuz evdə idilər. Arada uşaqla həyətə düşürdülər. Ona da icazə vermədilər. Ancaq itlə bayıra çıxmağa icazə verdilər”.
 
Röya su pulunun artmasına da münasibət bildirib: "Hamını təbrik edirəm. Suyun da qiymətini qaldırdılar. Arada çay filan içərik ancaq. Qiymətlər qalxmamışdan əvvəl xeyli su almışdım. Pandemiya bizi öldürmədi, bu məsələlər bizi öldürəcək. Gərək mən də toy qiymətlərini qaldırım (gülür)”.
Müğənni qeyd edib ki, oğlunun distant təhsilindən narahatdır:
 
"Bu il təhsil ümumiyyətlə sıfır oldu. Oğlum hələ də distant təhsil alır. Uşaqlar oxumadı. Müəllim öyrətsə də, altda telefonla oyun oynayır. Bir ili elə-belə yaşadıq. Elə bil ki, oğlum yenidən altıncı sinfi oxuyacaq. Ödənişlər də yerində, heç bir güzəşt olmadı”.
 
Aygün Kazımova ilə aralarında olan gərgin münasibəti isə ulduz belə şərh edib:
 
"Mən həmişə deyirəm ki, yolumun qarşısına daş qoyan olmayıb. Səhvsiz insan yoxdur. Səhv insan üçün yaranıb. Ya yaxşısan, ya da pissən. Sonradan pis insan olmur. Aygün Kazımova yaxşı qonşudur. Biz birlik bacaran xalqıq. Bir şey olan kimi qapısını döysəm, köməklik göstərər. Mən də həmçinin”.
Publika.az