BolgeXeber.Com » Şou-Biznes » Fərda boşanmasından danışdı: "Ölkədə ən çox aliment verən atayam"

Fərda boşanmasından danışdı: "Ölkədə ən çox aliment verən atayam"

16-02-2021, 18:11
Oxunub: 5 789 "Uşaqlıqdan atılmaq travması yaşamışam. Balaca vaxtı atam məni internata atıb. Çox çətin idi, əslində orada qalmalı, oxumalı idim. Amma mənə izah etməmişdilər. Atam gətirib qoydu, bir həftə ancaq ağladım. Bir həftə sonra anamla birlikdə gəldilər və səbəbi izah etdilər. Kaş ki, əvvəldən səbəbi izah edərdi".
Bolgexeber.com xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev "Onun sirri" proqramında deyib.
Sənətçi ilk evliliyindən olan övladlarından ayrı qalmasından danışıb: "İndi böyük övladlarım Amin və Mətindən ayrıyam. Nə qədər əziyyət çəkirəm Allah bilir. Ailə sirli qutudur, oranı bilmədən müzakirə etməyin. Gənc ailələrə deyirəm ki, sözünüz bir-birinizin boğazından keçsin. İnanıram ki, övladlarımı başa sala biləcəm. Onların psixologiyasını qoruyuram. Yaşanan durum onlara əziyyət verərdi.
Pandemiyada cəmi bir-iki dəfə onları gördüm. İndi ancaq övladlarıma görə əzab çəkirəm. Düşünürəm ki, ayrılmasaydım da övladlarım əziyyət çəkəcəkdir. Maddi cəhəddən onlara çox yardım edirəm. Ölkədə ən çox aliment verən atayam. Baxmayaraq ki, özüm iki övladla kirayədə yaşayıram. Valideynlərimin yaşadığı evi kreditlə almışdım. İndi orada qala bilmirəm, çünki övladlarımla xatirələrim var". axşam.az