BolgeXeber.Com » Şou-Biznes » Xəyanətə uğrayan məşhur aparıcı: “Yoldaşım dedi ki, boşansan uşağı da istəməyəcəm” - VİDEO

Xəyanətə uğrayan məşhur aparıcı: “Yoldaşım dedi ki, boşansan uşağı da istəməyəcəm” - VİDEO

23-03-2021, 14:15
Oxunub: 7 604 "Yoldaşımla bir-birimizə qarşı böyük sevgimiz olub. Ayrılmazdan əvvəl bir neçə il bir-birimizə şans verdik ki, ailəmiz dağılmasın, lakin olmadı".

 Bolgexeber.com  xəbər verir ki, bu sözləri ARB TV-nin "Onun Sirri” proqramının növbəti buraxılışında qonaq qismində verilişin aparıcısı Lətafət Ələkbərova deyib.

Aparıcı deyir ki, həyat yoldaşı ayrıldıqdan sonra övladını da istəməyib:

"2009-cu ildə öz qərarımla həyat yoldaşımdan rəsmi ayrıldım. Baxmayaraq ki, ayrılmışdıq, ona çox şans verdim. Yenidən bir araya gəldik, barışdıq, amma alınmadı. Dostlarım, hər kəs bilirdi ki, o da ayrılmaq istəmirdi. Biz illərdir görüşmürük. Onun adını çəkmək istəmirəm, hər birimizin öz həyat yolu var. Danışmaq istəmirəm ki, o necə insan idi.

Başa düşdüyüm odur ki, sevgi hər şeyi həll etmirmiş. İnsan özünə hörmət edirsə, qarşısındakına da hörmət edir. Həyatda hörmət önəmli imiş. Mən qısqanc deyildim, insana güvənirəmsə, o mənim üçün önəmli olur. Amma yoldaşımın məsuliyyətsizlikləri çox olurdu. Sonda xəyanət də oldu və iplər qırıldı”.

"O mənə demişdi ki, sən məndən ayrılsan mən uşağı da istəməyəcəyəm. Uşağın bir ailə içində böyüməsini istədiyini deyirdi. Boşandıqdan sonra həyatımda elə dönəmlər yaşadım ki, ayrıldığıma peşman oldum. Bir qızım var, artıq 13 yaşı var. Peşmançılığım əsasən, uşağıma görə oldu ki, atasız böyüməsin və s. Məni başa düşərsiniz yəqin”, - deyə aparıcı qeyd edib.