Natəvan Həbibi: «Ailə həyatı qurandan sonra səhnədən gedəcəm»
17-05-2011, 16:05
Oxunub: 7 467

Şəxsi həyatını bacardığı qədər mediadan uzaq tutan müğənni maraqlı açıqlama verib.
Müğənni bildirib ki, ailə həyatı qurandan sonra səhnəni tərk edəcək.Hazırda həyatında sevdiyi insanın olub-olmadığını açıqlamaq istəməyən müğənni fikrinin qəti olduğunu dedi: «Bu qərar heç vaxt dəyişməyəcək. Ailə həyatı qurandan sonra səhnəyə «əlvida» deyəcəm. Ola bilsin ara-bir mahnılar yazdırıb radiolara verərəm. Çünki bu sənətdə illərdir külüng çalmışam, min bir əziyyətlərdən keçmişəm. Bəlkə də çoxları üçün məşhurlaşmaq o qədər çətin olmayıb. Amma mən bu zirvəyə çatmaq üçün çətin yollar keçmişəm. Sındırmaq istəyənlər olub, amma iradəli olmuşam».
Şəxsi həyatı ilə bağlı açıqlamasını davam etdirən müğənni bildirdi ki, onunla ailə həyatı qurmaq istəyənlər var, lakin müğənni seçimini müəyyən kriteriyalar üzərində qurub.
Belə ki, onunla evlənmək arzusunda olan bəy müğənninin istəklərini həyata keçirməyi bacarmalıdır. «Mənim böyük tələbim yoxdur. Sadəcə, bugünkü ehtiyaclarımı səhnədən uzaqlaşandan sonra həmin insan qarşılamağı bacarmalıdır. Eyni zamanda, mən ailəmə də maddi cəhətdən yardım edirəm. Eyni köməyi gələcək həyat yoldaşımdan da görmək istəyirəm» - deyə müğənni bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər