Aslan Hüseynovun ölümündən 40 gün keçir - Dostları məzarı başında
12-06-2021, 11:28
Oxunub: 2 632
Bu gün mərhum müğənni Aslan Hüseynovun 40 mərasimidir.
Lent.az xəbər verir ki, 53 yaşında avtomobil qəzasında dünyasını dəyişən ifaçının sənət dostları müğənni Sevda Kazımova və Əməkdar artist Ruhəngiz Allahverdiyeva Aslanın qəbir üstünə gediblər.
Onu əlavə edək ki, mərhumun 40 mərasimi iyunun 12-də Bakıda, 13-də isə Gəncə şəhərində olacaq.
Qeyd edək ki, A.Hüseynov mayın 4-də Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında keçirdiyi avtomobil qəzasında dünyasını dəyişib. Müğənninin idarə etdiyi “BMW” markalı avtomobil qarşıda hərəkət edən “KamAz” markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı A.Hüseynov nəqliyyat vasitəsində tək olub. Hadisəyə səbəb isə Aslanın sükan arxasında yatması olub. O, Gəncədə anasının məzarının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, A.Hüseynov 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub, 2021-ci il mayın 4-də Azərbaycanda vəfat edib.
Çox Oxunanlar
- 25-07-2022, 13:53 : Yeni təyin edilən başçılar kimlərdir? - DOSYE
Gündəm
- 15-07-2022, 17:47 : Koronavirusa yeni yoluxanların sayı açıqlandı
Xəbərlər
- 13-07-2022, 18:39 : Azərbaycanda son sutkada daha 91 nəfər koronavirusa yoluxub
Gündəm
- 26-07-2022, 11:15 : Xocəsən qəsəbəsində biabırçı mənzərə –VİDEO
Gündəm
- 18-07-2022, 15:09 : Prezidentin Gömrükdə yüksək vəzifə verdiyi Şahin Bağırov KİMDİR? - DOSYE
Gündəm
- 6-08-2022, 14:54 : “Vəhşi kişilərdən xoşum gəlir” – Aparıcı Ülvira
Müsahibə-Reportaj
- 30-07-2022, 17:06 : Azərbaycanda insanlar arasında kütləvi virus yayılıb
Müsahibə-Reportaj
- 16-07-2022, 12:53 : Tərtərdə qazilərin müraciətləri dinlənilib
Bölgə
- Dünən, 14:30 : Azərbaycanda internet bahalaşdı - QİYMƏTLƏR - VİDEO
Xəbərlər
- 14-07-2022, 18:00 : İcra başçısının Qaraağacı kəndində səyyar qəbul görüşü keçirilib
Bölgə