BolgeXeber.Com » Şou-Biznes » Pərvin Abıyevanın evindən 120 min manat oğurlanıb - VİDEO

Pərvin Abıyevanın evindən 120 min manat oğurlanıb - VİDEO

19-08-2021, 15:00
Oxunub: 5 320 Aktrisa Pərvin Abıyeva maraqlı açıqlaması ilə gündəmə gəlib.
Bolgexeber.com xəbər verir ki, ARB TV-də yayımlanan "Onun sirri” proqramına qonaq olan aktrisa evində baş verən oğurluq hadisəsindən danışıb.
Pərvin evindən 120 min AZN məbləğində pulun tanış adam tərəfindən oğurlandığını bildirib: "Bu oğurluğu kimin etdiyini bilirəm. Onu tapdıq. Lakin pulu geri ala bilmədik. Çünki artıq xərcləmişdi.
Bu oğurluq hadisəsi bir şəxsi məsələdir. Yəni ailə daxili məsələdir deyə ictimaiyyətin bu haqda məlumatı yox idi. Çünki bilsəydilər? deyəcəklərdi ki? "Pərvin 120 min AZN-i haradan alıb?" Ona görə efirlərdə deməyə çəkindim”.