BolgeXeber.Com » Şou-Biznes » Aygün Kazımovadan Namiqə sərt xəbərdarlıq

Aygün Kazımovadan Namiqə sərt xəbərdarlıq

31-01-2022, 14:30
Oxunub: 5 168 Görürəm ki, biz hamımız bir-birimizə oxşamağa başlamışıq”.
Bu sözləri Xalq artisti Aygün Kazımova "Şourum” verilişində deyib.
Pop-diva tanınmış simaların üzlərinin bənzərliyindən söz açıb: "Doğrudan da hamı bir-birinə oxşayır. Kişilərdə də bir üz forması var. Biz hər şeyə normal baxırıq”.
O, plastik cərrahlara müraciət edib: "O formanı verən, o şəklə salan bizim gözəl, əziz, sevimli doktorlarımız hamını hamıya oxşatmasınlar. Biz lap inkubator cücələri kimi hamımız... Həkimlər gərək eyni forma, cizgi, burun, qaş, göz etməsinlər ki, biz də bir-birimizə oxşamayaq”.
Kazımova, həmçinin bir təklifi və etirafı ilə diqqət çəkib. O, eks-duet ortağı, meyxanaçı Namiq Qaraçuxurlu ilə yenidən duet oxumaq istədiyini bildirib: "Namiqə təklif edirəm ki, çaşmasın. Bu, Namiqə son təklifimdir. Çaşma, Namiq. Bu təklifdən sonra da etiraf edirəm ki, Namiq, yenə də səninlə duet oxuyardım. Fikirləş və müraciət et”.
Xalq artisti həmkarı Brilliant Dadaşovadan da söz açıb. O onunla küsülü olmadığını açıqlayıb: "Mən küsülü deyiləm. Qarşı tərəfin hisslərinə də hörmətlə yanaşıram. O belə hisslə yanaşır, mən də sevgi hissi ilə yanaşıram. Brilliant Dadaşova ilə duet oxusam, tamaşaçıya daha maraqlı gələr. Bunu vurğulayım. Demirəm ki, istəyirəm, deyirəm ki, bu duet tamaşaçılara daha maraqlı gələr”.