BolgeXeber.Com » Şou-Biznes » "Məzarını qucaqlayıb dedim, ay qardaş, Laçın alınıb" - VİDEO

"Məzarını qucaqlayıb dedim, ay qardaş, Laçın alınıb" - VİDEO

8-03-2022, 14:23
Oxunub: 2 192 O üz" verilişinin növbəti buraxılışı Əməkdar artist Məhəbbət Kazımova həsr olunub.
Proqramda sənətçinin qardaşı Qənimət Kazımov Azərbaycan xalqının mərhum müğənniyə olan sevgisindən danışıb:
"Hamımız azərbaycanlıyıq, heç bir rayonu ayırmaq olmaz. Amma laçınlılar elə bilirdilər ki, yerdə Məhəbbət, göydə Allahdır. Onu bütün Azərbaycan xalqı istəyirdi. Qəbiristanlığa getdim, məzarını qucaqlayıb dedim ki, ay qardaş, Laçın alınıb. Millət də yığışmışdı qəbiristanlığa. Laçına gedib-gələn nə qədər adam var idisə, hamısı torpaq gətirib tökürdü məzarına".
Qeyd edək ki, "Laçınım" mahnısı ilə daha da çox sevilən Məhəbbət Kazımov 2014-cü il, yanvarın 27-də uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Xırdalan qəbiristanlığında dəfn olunub.