Azərbaycanlı müğənnilərin ən yandıran toy qiymətləri: 15-20 min AZN - SİYAHI
16-11-2022, 17:09
Oxunub: 9 416
Yerli məşhurların şəxsi həyatı, lüks malikanələri, bahalı avtomobilləri qədər toy qiymətləri də daim müzakirə edilən mövzulardandır. Övladının şad günündə müğənniləri görmək istəyənlər isə bunun üçün ətək-ətək pul ödəməlidirlər desək, yanılmarıq.
BAKU.WS bu dəfə məşhurların toy qonorarlarının nə qədər olduğunu araşdırıb. Məlum olub ki, yarım saatlıq çıxış üçün qiymət bütöv toy qiymətindən ən azı 3 dəfə az olur. Yarım saatlıq ifaya 4-5 mahnı daxildir. Toyu əvvəldən sona kimi idarə edən müğənnilər ansambl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramın xərclərini də xidmət haqqına əlavə edir. Bu səbəblə də sənətçilər bütov toy idarəsi üçün yüksək məbləğdə pul tələb edirlər.
Tanınmış müğənnilərin toy qiymətlərini təqdim edirik:
Xalq artisti Brilliant Dadaşova toyda yarım saata 6000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, sənətçinin alacağı məbləğ 15000 AZN-ə qədər yüksəlir.

Xalq artistləri Aygün Kazımova, Röya Ayxan və Miri Yusif toyda yarım saata 8000 AZN qazanırlar.

Xalq artisti Faiq Ağayev məclisdə yarım saatı 4000 AZN-ə, bütöv toyu isə 8000 AZN-ə oxuyur.

Xalq artisti Tünzalə Ağayeva toydan yarım saata 4000 AZN qonorar əldə edir.

Xalq artisti Zülfiyyə Xanbabayeva məclisdə yarım saatı 4500-5000 AZN-ə çıxış edir.

Əməkdar artist Elton Hüseynəliyev toydan yarım saata 4000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, 12000 AZN qazanır.

Əməkdar artist Abbas Bağırov məclisdə ansamblla birgə 20000 AZN-ə çıxış edir.

Əməkdar artist Könül Kərimova toyda yarım saatı 3000 AZN-ə, ansambl ilə 8000 AZN-ə oxuyur.

Əməkdar artist Ədalət Şükürov məclisdə yarım saatı 3000 AZN-ə oxuyur.

Əməkdar artist Xumar Qədimova toyda yarım saatı 4000 AZN-ə çıxış edir.

Əməkdar artist Manana Caparidze məclisdə yarım saata 4500 AZN qonorar əldə edir.

Müğənni Xatirə İslam toyda yarım saatı 3500 AZN-ə çıxış edir. Bütün toyu isə 10000 AZN-ə oxuyur.

Meyxanaçı Namiq Qaraçuxurlu məclisdən yarım saata 3000 AZN qazanır.

Müğənni Nadir Qafarzadə toyda yarım saatı 4000 AZN-ə oxuyur.

Müğənni Günay İbrahimli və Sevda Yahyayeva məclisdə yarım saatı 3000 AZN-ə çıxış edirlər.

Müğənni Rüfət Axundov toyda bir saatı 2000 AZN-ə, bütün toyu 4000 AZN-ə oxuyur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər