Mahsunun konsertində duyğulu anlar yaşanıb
13-03-2023, 09:24
Oxunub: 4 136
Bolgə.TV Türkiyəli müğənni Mahsun Kırmızıgülün Bakı Konqres Mərkəzində keçirilən konsertində duyğulu anlar yaşanıb.
Konsert zamanı Vətən müharibəsi şəhidi Anar İsrafilovun vaxtilə Mahsun Kırmızıgülün repertuarından oxuduğu "Annem-annem” mahnısı böyük ekranda nümayiş etdirilib.
Mahsunun səsinə bənzərliyi ilə diqqət çəkən şəhid ifasından sonra tamaşaçılar ayağa qalxıb və zalı alqış sədası bürüyüb.
Daha sonra M.Kırmızıgül tərəfindən səhnəyə şəhidin atası və övladları dəvət olunub. Şəhid atasının əlini öpərək çıxışa başlayan ifaçı bildirib ki, Anarın arzusu onun konsertində iştirak etmək olsa da, bu, ona qismət olmayıb.
Şəhid atasına "Məni də övladınız olaraq görün” deyən türkiyəli ifaçı, Anarın uşaqlarının təhsil haqqını öz üzərinə götürdüyünü elə səhnədə açıqlayıb
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər