Qəza ilə bağlı daha bir ŞOK AÇIQLAMA
24-03-2023, 12:23
Oxunub: 4 344
Hər zaman hay-küylü, coşub-daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi...
Bolgə.TV xəbər verir ki, bunu xalq artisti Mehriban Zəki sosial şəbəkə hesabında yazıb.
“İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə "problem yoxdur, keçib gedəcək" deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi.
Hər zaman hay-küylü, coşub-daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi...
Bu, sadəcə, qəzavü-qədər idi.
Mən sağalacam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq.
Dilarə də, inşallah, özünü toparlayar. O, çox güclü qadındır.
Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay.
Martın 22-si belə yazıldı bizimçün”, - Mehriban Zəki qeyd edib.
Xatırladaq ki, martin 22-də Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Leksus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobili sürən O.Əliyev vəfat edib, xalq artisti Mehriban Zəki yaralanıb, O.Əliyevin həyat yoldaşı, əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər