BolgeXeber.Com » Şou-Biznes » Röya Ayxana qarşı DƏLƏDUZLUQ

Röya Ayxana qarşı DƏLƏDUZLUQ

4-04-2023, 14:58
Oxunub: 2 432

“Ötən gün həmkarlarım mənə bir anons videosunu göndərərək bildirdilər ki, sabah Röya xanım konsertdə iştirak edəcək, ondan müsahibə almaq istəyirik. Anonsu görəndə çox təəccübləndik. Röya xanım Azərbaycanda olmadığı halda, ondan xəbərsiz afişada qeyd olunub ki, guya bu gün, yəni 4 aprel tarixində səhnədə yer alacaq. Həmçinin afişada Röya Ayxandan başqa, digər sənətçilərin, Aynur Dadaşova və Tərlan Novxanının da adları yer alıb”.

Bolgə.TV xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Röya Ayxanın mətbuat katibi Elvin Elxan bildirib. Onun sözlərinə görə, Xalq artisti Vətənə döndükdən sonra bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək:

“Çünki nəinki afişaya şəkil qoymaq, adın salınması belə, dələduzluq sayılır. Görünür ki, burada məqsəd Röya xanımın adından istifadə edib, restorana müştəri toplamaq olub”.

E.Elxan müğənninin ilk dəfədir ki, bu cür dələduzluqla üzləşdiyini də vurğulayıb.

Oxu.Az-ın əməkdaşı Röya Ayxanın konsert verəcəyi barədə afişa hazırlayıb anons edən restoran rəhbərliyindən də mövqe öyrənməyə çalışıb. Özünü restoranın əməkdaşı kimi qeyd edən şəxs artıq problemin həll olunduğunu deyib:

“Burada nə var ki? Röya xanımın adı afişada qeyd olunub, amma özü ölkədə olmadığı üçün səhnədə çıxış etməyəcək. Bu məsələ restorana deyil, təşkilatçılara aiddir”.

Qeyd olunub ki, artıq müğənninin mətbuat katibləri ilə də danışılıb və məsələ həll edilib.