Ancelina Coliyə qarşı ŞOK İTTİHAM
10-04-2023, 15:20
Oxunub: 2 184
Bolgə.TV xəbər verir ki, "Ancelina Coli” çirkli pulların yuyulmasında və Rusiyadakı şəriki vasitəsilə onların nağdlaşdırılmasında ittiham olunub.
Belə ki, Rusiyanın Kazan şəhərinin sakini, 19 yaşlı Salavat adlı gənc Ancelina Coli ilə danışdığını düşünüb.
Həmçinin o əmin olub ki, milyonlarla məbləğdə pulları Hollivud ulduzu üçün nağdlaşdırır. Fırıldaqçılığa görə “Coli” ona böyük məbləğdə ödəniş vəd edib.
Əldə edilən məlumata görə, “Ancelina” 19 yaşlı sadəlövh “Bred” Salavatı aldatmağa nail olub. Salavat adlı gəncə aktrisanın adı olan hesabdan mesaj gəlib. Gənc şübhə etməyib ki, ona yazan şəxsən Colinin özüdür. O, ulduzun “paket” gəlirinin yuyulmasına təkcə onun gözəl gözlərinə görə deyil, həm də məbləğin 5-10% komissiyasına görə razılıq verib.
Rusiyalı gənc bankomatlardan nağd pul çıxarmalı və pulu aktrisanın “Anis” təxəllüslü kuryerinə təhvil verməli idi. O, öz adına iki bank kartı sənədləşdirib və onların rekvizitləri barədə “Anis”ə məlumat verib. Bir müddət sonra onun hesabına 950 min rubl daxil olub. O, “Ancelinanın vasitəçisinə” karta pul köçürməsi barədə bildirib və pulu nağd olaraq çıxarmaq üçün banka gedib. Amma heç nə alınmayıb. Əməliyyat təhlükəsizlik xidməti əməkdaşlarına şübhəli görünüb və hesab bağlanıb.
Lakin Salavat təslim olmayıb. O, təxminən beş dəfə Kazanda, sonra isə Çeboksarda “aktrisanın” milyonlarını nağd pula çevirməyə çalışıb. Amma bütün hesablar bloklanıb. Növbəti cəhd zamanı Salavat saxlanılıb.
Faktla bağlı dələduzluq ittihamı ilə cinayət işi açılıb. “Ancelina Coli” isə axtarışa verilib
Çox Oxunanlar
- 18-11-2023, 18:27 : Məşhur rus killeri azadlığa buraxıldı
Dünya / Xəbərlər
- 11-11-2023, 18:52 : Zəngin cütlüklə bağlı yeni detallar üzə çıxdı
Şou-Biznes / Xəbərlər
- 25-11-2023, 17:54 : AFFA bu klubla bağlı məlumat yaydı
İdman / Xəbərlər
- 2-12-2023, 17:21 : NİİM bu sürücülərə müraciət etdi
Xəbərlər / Ölkə
- 17-11-2023, 18:42 : Azərbaycan və İran səfirləri nəyi müzakirə etdi?
Siyasət / Xəbərlər
- 9-12-2023, 17:20 : Bakı daha bir tədbirə ev sahibliyi edəcək
Xəbərlər / Ölkə
- 20-11-2023, 18:34 : Şakira həbs oluna bilər?
Şou-Biznes
- 22-11-2023, 18:10 : Byazi qalmaq istəyirdi- Baş məşqçi açıqladı
İdman / Xəbərlər
- 22-11-2023, 09:54 : Araikin adamı Bakıda saxlanıldı
Gündəm / Xəbərlər / Ölkə
- 24-11-2023, 18:26 : Tarixdə bir ilk- Qəzzaya humanitar yardım maşını daxil oldu
Dünya / Xəbərlər