Məşhur blogerə 10 milyonluq İTKİ
12-04-2023, 18:21
Oxunub: 5 304
Bolgə.TV xəbər verir ki, Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənovun başına iş gəlib.
Məşhur bloqer sosial şəbəkə hesabında video paylaşaraq bildirib ki, onun müvəqqəti qeydiyyatı bitdiyi üçün avtomobillərinin bahalı nişan nömrələri ləvğ olunub.
"Başıma gələn xoşagəlməz əhvalatı sizinlə bölüşmək istəyirəm. Dubaya uçdum. Mənim müvəqqəti qeydiyyatımın vaxtı bitib. Niyə müvəqqəti? Ona görə ki, Moskvadakı "Moscow City" mənzillərinə qeydiyyata düşmək olmur. Mən başqa mənzildə qeydiyyatda idim. Moskvaya geri qayıtdım və görürəm ki, bütün avtomobillərimi qeydiyyatdan çıxarıblar. Çünki daha əvvəl dediyim kimi, qeydiyyatımın vaxtı bitib. Və avtomobilimin nişan nömrələri ləvğ edilib. Dəyəri 10 milyon rubl (təxminən 208 min manat) O - 001 - CO - 99, T - 001 - OP - 99 nömrələr ləvğ olundu. Məcburiyyətdən yeni nömrə alıb, dəyişdirdim. Təbii ki, bu nömrələr müvəqqətidir. Daha yaxşı nömrələr alacağam. İndi köhnə nömrələrim heç kimə aid deyil, onları götürmək olmaz.
Mənim xasiyyətimdə bir xüsusiyyət var, həyatımda nə baş verməyindən asılı olmayaraq, düşünürəm ki, hər şey bundan da yaxşı olacaq", - deyə Hüseyn vurğulayıb.
Qeyd edək ki, Hüseyn Həsənov həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır. Bundan savayı o, Dubayda mülk alaraq, orada müddətsiz yaşamaq hüququ əldə edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər