"Haqqımı tələb etdim, qeyri-adi nəsə istəmədim"
20-05-2023, 14:22
Oxunub: 664
Xəbər verdiyimiz kimi, aktrisa Ülviyyə Əliyeva çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevdən şikayət edib.
Bolgə.TV xəbər verir ki, sənətçi "Günaydın, Azərbaycan" verilişində açıqlamasına aydınlıq gətirib. O bildirib ki, dediklərindən peşman deyil:
"Hər şey olduğu kimi qalır. Haqqımı tələb etmişəm. Qeyri-adi bir şey istəmədim. Sənətim, istedadım göz önündədir. Əvvəl-axır bunu deməli idim. İstedadı Allah verir. Bəndə istedadın qarşısını kəsə bilməz".
Qeyd edək ki, Ü.Əliyeva Ə.Lalayevin onun Prezident mükafatı və fəxri ad almasına imkan vermədiyini deyib//axşam.az