BolgeXeber.Com » Şou-Biznes » Sərxan Sərxan Bakıda konsert verəcək

Sərxan Sərxan Bakıda konsert verəcək

8-06-2023, 13:37
Oxunub: 2 672
Xalq artisti Sərxan Sərxan solo konsertə hazırlaşır. 

Bolgə.TV xəbər verir ki, müğənni iyunun 21-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında çıxış edəcək.

Gecədə ifaçı sevilən lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı retro və müəllif, dillər əzbəri olan hit mahnılarını səsləndirəcək.

Qeyd edək ki, 1952-ci il iyunun 18-də Bakıda anadan olan Sərxan Sərxan Moskva Konservatoriyası nəzdində Musiqi məktəbinin gitara sinfini və Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Eyni zamanda Moskva və Azərbaycan filarmoniyalarında çalışıb//axşam.az