BolgeXeber.Com » Şou-Biznes » Tanınmış aparıcı reanimasiyaya yerləşdirildi

Tanınmış aparıcı reanimasiyaya yerləşdirildi

6-07-2023, 11:00
Oxunub: 5 568
Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Natəvan Babayeva reanimasiyaya yerləşdirilib.

Bolgə.TV Gununsesi.info-ya istinadən xəbər verir ki, bir neçə ildir onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı hava limanında halı pisləşib.

Ailəsi onu paytaxtın Bonadea hospitalına yerləşdirib.

Qeyd edək ki, yaxınları jurnalistin müalicəsinə kömək üçün bir neçə gün əvvəl Heydər Əliyev Fonduna müraciət etmişdi.

Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.