BolgeXeber.Com » Şou-Biznes » Məşhur müğənninin konsertinə getmək istəyənlərin NƏZƏRİNƏ

Məşhur müğənninin konsertinə getmək istəyənlərin NƏZƏRİNƏ

27-07-2023, 16:21
Oxunub: 8 280

Türkiyənin məşhur müğənnisi İrəm Derici Bakıda konsert verəcək.

Bu barədə iTicket.az saytı məlumat yayıb.

Məlumata görə, konsert oktyabrın 7-i saat 19:00-dan 20:30-dək Heydər Əliyev Sarayında keçiriləcək. Konsertə biletlərin qiyməti minimum 30, maksimum isə 200 manatdır.

Qeyd edək ki, İrəm Dericinin 28 mayda Bakıda keçirilməsi nəzərdə tutulan konserti ləğv olunmuşdu. O zaman biletlərin qiyməti minimum 65, maksimum isə 250 manat idi.