Xalq artisti Mübariz Tağıyevin doğum günüdür
31-01-2024, 12:48
Oxunub: 5 864
Bu gün Xalq artisti Mübariz Tağıyevin 76 yaşı tamam olur.
Bolgə.TV xatırladır ki, müğənni 31 yanvar 1948-ci ildə İrəvan şəhərində anadan olub.
İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı kimi üzgüçülüklə məşğul olub.
Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb.
1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 16 may 2006-cı ildə isə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adlarına,14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Atası Hüseyn Tağıyev musiqiçi, kamança ifaçısı olub. Anası Rübabə xanım Babayeva isə “Sovet Ermənistanı” qəzetində jurnalist vəzifəsində işləyib.
Mübariz Tağıyev iki dəfə ailəli olub. İkinci evlilikdən iki qızı var. M.Tağıyevin ikinci dəfə ailə qurduğu xanım rəqs müəlliməsidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər