BolgeXeber.Com » Şou-Biznes » Məşhur aktyor həbs edildi

Məşhur aktyor həbs edildi

16-03-2024, 10:42
Oxunub: 2 056
“Kalmar oyunu” (Squid game) serialının 79 yaşlı aktyoru O Yeonq-su 8 aylıq həbs cəzasına məhkum edilib.

Bolgə.TV xəbər verir ki, ötən gün keçirilən məhkəmədə aktyorun həbsi ilə yanaşı, 2 il müddətinə şərti cəza və cinsi zorakılığa görə 40 saatlıq müalicə proqramından keçməsinə qərar verilib.
Qeyd edək ki, şikayətçi xanım 79 yaşlı aktyorun 2017-ci ildə onu öpdüyünü və icazəsiz bədəninə toxunduğu üçün şikayət etmişdi.