Üzeyir: "Onu tutsam..."-Video
19-07-2011, 11:00
Oxunub: 7 852
Gənc ifaçı yaman əsəbiləşib
Röya ilə qondarma duetinin "YouTube" video portalında yerləşdirilməsi gənc ifaçı Üzeyiri yaman əsəbiləşdirib. O, Bolgexeber.com-a açıqlamasında hal-hazırda mahnını internetdə yerləşdirən həmin şəxsi axtardığını bildirib: "Mən o mahnını pərəstişkarımla oxumuşam, həmin qızın istəyi ilə. O mahnını elə-belə yazdırmışdım. "YouTube"yə yerləşdirmək, "raskrutka" eləmək fikrim yox idi. O adam kimdirsə onu tutsam necə lazımdır cəzalandıracam. Mənim belə söhbətlərdən xoşum gəlmir. Adımın ad oğrusu kimi hallanması mənə pis təsir edir. Guya mən Röyanın adını oğurlamışam. "
Üzeyir Mehdizadə yazdırdığı yeni “Mənə gəl” mahnısını Röyanın səsinə oxşar səsi olan qızla duet oxuması və bu duetin Röya Ayxan və Üzeyir imzası ilə "YouTube"-yə yerləşdirməsi Röya tərəfindən olduqca aqressiv qarşılanıb. Röya şou-proqramların birində məsələyə münasibətini belə bildirmişdi: "Mahnını eşidəndə şokda idim. Qızın səsi mənim səsimə çox oxşayır. O, məni yamsılayıb. Bu, mən deyiləm. Eşidirəm ki, həmin müğənni mənim adımdan istifadə edərək, toylara, başqa yerlərə gedir. Onu görsəm, öz əllərimlə boğacağam. Hər şeyə öz zəhmətimlə nail olmuşam və kimə görəsə onları itirmək istəmirəm".
Maraqlıdır ki, həmin verilişdə qarşı tərəfin, Üzeyir Mehdizadənin fikri olmadı. Üzeyirlə biz zəngləşdik. Niyə belə iş tutduğunu soruşduq. Röyadan az əsəbiləşməyən Üzeyir heç kimin adına ehtiyacı olmadığını dedi: "Röyanın adına ehtiyacı yoxdur. Nəinki onun, heç kimin adı mənə lazım deyil. Buna ehtiyacım yoxdur. Xəbərim yoxdur Röyanın adını kim yazıb. O mahnını Röya ilə mənim duetim kimi təqdim edənləri gəlin birlikdə axtarıb tapaq. O zaman özünüz şahid olacaqsız ki, mənim bu işdən qətiyyən xəbərim yoxdur!"
[youtube]http://www.youtube.com/watch?feature=player_embedded&v=tmlqi6o02_s#at=29[/youtube]
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər