Polat cütlüyü maşınlarını geri almaq üçün hərəkətə keçib?
22-08-2024, 16:56
Oxunub: 3 752
Engin və Dilan Polat cütlüyünün vəkili Sevinç Horozun ailəyə məxsus lüks avtomobilləri almaq üçün müraciət edəcəyi iddia olunub.
Bolgə.TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, söz-söhbətin yayılmasından sonra açıqlama verən Horoz onların belə bir təşəbbüsü olmadığını deyib. O, bildirib ki, ailənin prioriteti mal-mülk deyil.
Vəkilin instaqram üzərindən etdiyi açıqlama belədir:
“Biz pulların geri qaytarılması ilə bağlı heç bir sorğu və ya qiymətləndirmə etməmişik. Bizim prioritetimiz nə nəqliyyat vasitələri, nə də şirkətlər deyil”.
Xatırladaq ki, Polat cütlüyü ötən il noyabrın əvvəlində polisin keçirdiyi əməliyyat əsasında saxlanılaraq həbs olunmuşdu. Dilan Polat bu həftə şərti azadlığa buraxılıb.