Məşhur müğənni çadırda yaşayır
4-10-2024, 11:25
Oxunub: 3 480
Son vaxtlarda astral səyahətləri ilə gündəmə gələn müğənni Yusif Güney evsiz olduğunu açıqlayıb.
BOLGƏ.tv xəbər verir ki, sənətçi bu barədə "Hurriyət"ə danışıb. O, astral səyahətlərinin birmənalı qarşılanmaması ilə bağlı suala cavab verib.
"Yaşadıqlarımın 10 faizini danışıram. Hamısını sizə desəm, görün nə olar? 5 gün bir yerdə, 2 gün başqa bir yerdəyəm. Oteldə və çadırda qalıram. Çadır gözəldir. Monteneqroda 30-40 gün tək qalacağam və yenidən astral səyahətə gedəcəyəm", - müğənni bildirib.