BolgeXeber.Com » Şou-Biznes » Röyanın ev qiymətinə olan çantası gündəm oldu

Röyanın ev qiymətinə olan çantası gündəm oldu

11-10-2024, 11:25
Oxunub: 3 416
Təşkilatçı Samirə Xasməmmədova Xalq artisti Röya Ayxanla Əməkdar artist Abbas Bağırovun səmimi videosunu paylaşıb.
Bolgə.TV xəbər verir ki, dəbdəbəli məclislərin birində iştirak edən Abbas Röyanın "Hermes - Kelly" markasına məxsus lüks çantasını masanın ortasına qoyaraq "bundan kəsib yemək istəyirəm," deyib.
Bu anda Xalq artisti həmkarının bu hərəkətinə "Bəstir də... Abbas bu 30 ildə dəyişməyib. Hər yerdə məni biabır edir" sözlərini deyib. Bağırov "Sənə də verim, 45 minlik yemək. Bu çantanı götür, Yasamalda 3 otaqlı ev al,"- fikirlərini səsləndirib. Röya isə Abbasın bu sözlərini gülərək qarşılayıb