Prezidentdən Aybəniz Haşimovaya super-hədiyyə
22-07-2011, 17:35
Oxunub: 7 422

Azərbaycan prezidenti İlham Əliyev ölkənin əməkdar artisti, müğənni Aybəniz Haşımovaya ev hədiyyə edib.
Bu barədə Bolgexeber.com-a Aybəniz Haşımova məlumat verib. O, bildirib ki, artıq mənzilin sənədləri ona təqdim olunub. Yasamal rayonu ərazisindəki yeni hündürmərtəbəli binalardan birində yerləşən mənzil üç otaqlıdır:
“Elə uşaqlıqdan böyüdüyüm məkanlardan birindən mənə yaşayış sahəsi verildiyi üçün bu hədiyyə lap ürəyimcə oldu. Bunun üçün prezidentimizə öz adımdan və ailəm adından çox təşəkkür edirəm. İnanın prezidentimizin mənə və sənətimə olan diqqəti dünyalara dəyər. Xahiş edirəm mənim təşəkkürümü olduğu kimi qeyd edəsiniz. Bizim ölkə başçımız buna layiqdir. Çünki dünyanın bir çox ölkələrində olmuşam, Azərbaycan qədər gözəl, müasir, günü-gündən inkişaf edən ölkə görməmişəm. Biz Allahımıza hər gün dua etməliyik ki, bu gözəl, firavan yaşayışımızı və prezidentimizi bizə çox görməsin. Allah onu və hər birimizi qorusun”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər