Məşhur türk müğənnisi ölümdən döndü
1-09-2010, 11:50
Oxunub: 2 408

Qaldığı otelin yaxınlığındakı qayalıqlarda huşsuz halda tapılıb
Məşhur türk müğənnisi Doğuş Kiprdə qaldığı otelin yaxınlığındakı qayalıqlarda huşsuz vəziyyətdə tapılıb. Oteldən saat 14:00-da çıxan müğənnidən saat 22:00 radələrinədək səs-soraq çıxmayıb. Sənətçi bir ailə tərəfindən qayaların altındakı qumluqda yarı huşsuz vəziyyətdə tapılıb. Özünə gəldikdən sonra Doğuş onun köməyinə çatan ailəyə menecerinin nömrəsini verib. Hadisə yerinə çağırılan təcili yardım maçını qayalıqlardan aşağı enə bilməyib, bu səbəbdən ifaçı xərəyə bağlanaraq yuxarı qaldırılıb.
Təcili olaraq Girne Akçiçek Xəstəxanasına çatdırılan müğənni, ilkin tibbi yardım göstərildikdən sonra Lefkoşa Dövlət Xəstəxanasına köçürülüb. Amma Doğuş tezliklə Lefkoşe Dövlət Xəstəxanasını tərk edərək otelə dönüb.
Xəstəxanadan öz istəyiylə çıxdığını bildirən müğənni yaşadığı hadisəni belə anladıb: "Qayalıqlarda uyğun bir yer taparaq dincəlmək istədim. Son xatırladığım şey odur ki, qayalıqlardan tullandım. Sonra başımın üstündə bir kişini məni oyandırmasından başqa heç nə xatırlamıram. Başımdakı yara və şişə görə deyə bilərəm ki, tullananda başımdan zədə alıb huşumu itirmişəm. Bu hadisədə ölməmişəmsə, deməli daha mənə zaval yoxdur. Allah məni sizlərə və bütün sevənlərimə bağışladı".
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- Dünən, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət