Tanınmış aktyor qəza keçirdi - Vəziyyəti ağırdır
19-04-2025, 11:50
Oxunub: 4 848
Aktyor Berk Atan avtomobil qəzası keçirib.
Bolgə.TV xəbər verir ki, hadisə aktyor İstanbuldan Sivrihisara gedərkən yaşanıb.
Qəza nəticəsində Berkin onurğa və qabırğaları sınıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.
Xatırladaq ki, Berk hazırda "Gönül Dağı" adlı ekran işində rol alır.