«Sovetski» camaatına təklif gəldi
12-08-2011, 05:05
Oxunub: 7 796
Köhnə evlərin sökülməsi müqabilində hər kvadrat üçün 1500 manat ödəniləcək
Xəbər verdiyimiz kimi, şəhərin mərkəzində humanitar fəlakət bölgəsi kimi tanınan və hamı tərəfindən «Sovetski» kimi adlandırılan daxma tipli evlərin sökülməsi üçün hazırlıq görülür. Bolgexeber.com-a daxil olan məlumatlarda deyilir ki, Tolstoydan Mirzağa Əliyev küçəsinə kimi böyük bir ərazinin sökülməsi planı belə hazırdır.
Məlumatda vurğulanır ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış plana əsasən həmin ərazinin bir qismi «Elmlər Akademiyası» metrostansiyasına qədər «Qış Bağı» üçün nəzərdə tutulub. Digər bir qism ərazidə isə 3 mərtəbəli katejlər inşa olunacaq. Meriyadakı mənbələrdən Bolgexeber.com-a çatan məlumatlarda deyilir ki, əhaliyə bununla bağlı xəbərdarlıq olunub və payızdan etibarən onlarla açıq təmasa keçiləcək.
Mənbənin bildirdiyinə görə, sakinlərə veriləcək kompensasiyanın həcmində də heç bir dəyişiklik yoxdur. Onun sözlərinə görə, şəhərin harası olmasından asılı olmayaraq «Sovetski» camaatına da hər kvadratmetr üçün 1500 manat nəzərdə tutulub. Bu rəqəmin kiçik və böyük olması məsələsinin isə onlardan asılı olmadığı vurğulanıb.
Mənbə onu da deyib ki, sakinlərə şəhərin müxtəlif yerlərində pul əvəzinə mənzillər də təklif oluna bilər. O qeyd edib ki, hələlik dövlətin balansında olan mənzillərin sayı ilə bağlı araşdırma gedir. Həmçinin şəhər kənarındakı boş mənzillərin sayı da dəqiqləşdirilir. Bundan sonra isə təkliflərdə nə qədər sakinə boş ev təklif oluna biləcəyi məsələsi təsdiqini tapacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər