Salyanda müəllimlər necə seçilir?
23-08-2011, 07:45
Oxunub: 7 911
Hansı ixtisasın sahibi olmaq önəmli deyil, rayon Təhsil Şöbəsini maraqlandıran yalnız puldur
Ötən günlərdə xəbər vermişdik ki, Salyan Təhsil Şöbəsində Təhsil Nazirliyinin müəllimlər üçün keçirdiyi imtahanın heç bir əhəmiyyəti yoxdur. Çünki sözügedən qurum nazirliyin keçirdiyi imtahanların nəticəsindən asılı olmayaraq, rayonda müəllimlərin yerləşdirilməsini təkbaşına həyata keçirir.
Bolgexeber.com-a daxil olan məlumatda vurğulanırdı ki, Salyanın Təhsil Şöbəsi istədiyi müəllimi (imtahan verib-verməməsi mühüm deyil-müəl.) istədiyi orta məktəbə yerəlşdirmək haqqını özündə saxlayıb. Məhz bunun nəticəsidir ki, artıq rayonda haqlı narazılıq baş qaldırıb.
Aldığımız son məlumata görə, Salyan Təhsil Şöbəsinin rəhbərliyi bu prosesi həyata keçirmək üçün «maraqlı» bir üsula əl atıb. Belə ki, «əli cibində olan» müəllim və ya istənilən ali təhsilli şəxs istədiyi orta məktəbdə işləyə bilər. Məlumatlı mənbənin Bolgexeber.com-a verdiyi məlumatda deyilir ki, şöbənin rəhbərliyi müəllim arzusunda olan şəxsin qarşısında iki əsas tələb qoyur.
Birinci tələb budur ki, həmin şəxsin təhsili onun müəllim kimi işləməsinə imkan vermirsə, bunun üçün Bakıya baş vurub, oradan ixtisasını dəyişməsi haqqında arayış gətirməlidir. Tələb olunan arayış olduğu təqdirdə onun müəllim kimi işləməsində heç bir problem yoxdur.
İkinci tələb isə şəxsin verəcəyi pulla bağlıdır. Məlumata görə, kənd məktəblərində müəllim işləmək istəyən şəxs bunun üçün 1000 manatından keçməlidir. Əgər rayon mərkəzindəki orta məktəblərdə müəllim işləmək niyyəti varsa, bu zaman qiymət iki dəfə bahalaşaraq, 2000 manat həddində olur. Bu məbləği ödəyən şəxs üçün bütün qapılar açıqdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər