Bakıda dəhşətli tıxac problemi
7-09-2011, 09:15
Oxunub: 7 884
Şəhərdə avtomobillər saatlarla tıxacda qalır, paytaxtın hər yerini isə qazırlar
Dünəndən etibarın Bakı acınacaqlı günlərini yaşamağa başlayıb. Daha doğrusu, sürücülər tıxac əlindən artıq etiraz etməyə başlayıblar. Gün ərzində daxil olan onlarla şikayətdən və şəhərdə rastlaşdığımız mənzərədən belə aydın olur ki, vəziyyətin bu şəkildə davam etməsi əsəblərin daha da tarıma çəkilməsinə səbəb olacaq.
Bildirək ki, dünən paytaxtın əksər küçələrində dəhşətli tıxac problemləri yaşanıb. «Gənclik» metrosu, şəhərin mərkəzi, Fətəli Xan Xoyski küçəsi, 3-cü mikrorayon və 20 Yanvar dairələrində, habelə digər yerlərdə vəziyyət daha dözülməz olub. Problemin yaranmasına səbəb isə yolların bir çoxunun bağlanılması və təmirə dayandırılmasıdır.
Şikayət edən sürücülər bildirirlər ki, şəhərin mərkəzi küçələrinin təmirə dayandırılması və digər yerlərdə isə su sisteminin yenidən qurulması üçün qazıntı işlərinin aparılması vəziyyəti dramatikləşdirib. Onlar bildirirlər ki, bəzən 4 saat tıxacda qalmalı olublar. Lakin buna baxmayaraq, həmin ərazilərdə yolların açılması və nəqliyyatın hərəkətini tənzim etmək üçün DYP əməkdaşlarına rast gəlməyiblər.
Sürücülər onu da deyirlər ki, yalnız «Gənclik» metrosu yaxınlığında DYP əməkdaşları gözə dəyib ki, bunun da səbəbi dövlət başçısının həmin yollardan istifadə etməsidir. Digər yerlərdə isə durumun ağırlığına əhəmiyyət verilməyib.
Bu əsnada o da məlum olub ki, «Gənclik» metrosundan «Nərimanov» metrosuna gedən yolun üzərində yerləşən Fətəli Xan Xoyski küçəsində yaranmış tıxacın səbəbkarı yenicə asfaltlanmış yolun qazılmasıdır. Belə ki, bu yaxınlarda əsaslı təmir olunan, hətta yeraltı avtombil yolu salınmış həmin küçənin başdan başa qazılmasının səbəbi isə yeni su borularının basdırılmasıdır.
İşin maraqlı tərəfi odur ki, Bakıda yolun təmir edilməsindən sonra qazılması artıq adət halını alıb. Hətta şəhərdə bunu lətifəyə çevirənlər də az deyil. Belə görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin başı tərsinə işləyir. Əvvəl yolu çəkib, sonra da onu qazırlar ki, problemləri aradan qaldırsınlar. Halbuki bunu təmirdən öncə də həyata keçirmək mümkündür. Bir sözlə, «Hacıbala Abutalıbov taktikası» paytaxtı viran qoymaqdadır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər