Bakıya Qarabağ araqları daşınır
14-09-2011, 12:30
Oxunub: 6 284
Ermənilər Azərbaycana “Artsax” əmtəə nişanlı spirtli içkilər göndərir; müxbirimiz müdhiş bir faktı gün işığına çıxardı
Ermənilərə məxsus novostink.ru portalının məlumatına görə, Bakıda fransız məhsulu adı altında Qarabağ meyvə araqları satışdadır. ““Artsax brend company”nin istehsalı olan tünd alkoqollu içkilər Moskvadan Bakıya import olunur" - deyə adıçəkilən şirkətin kommersiya direktoru Tiqran Arutunyan bu xəbəri nyus.am portalına açıqlamasında bildirib.
Maraqlıdır ki, “Eau-de-vie” adlı meyvə arağının etiketində ingilis və erməni dillərində olan “Artsax” sözünü müşahidə etmək olar. T.Arutunyanın sözlərinə görə, şirkətin zavodu işğal olunmuş ərazilərdə, Əsgəranda yerləşir. Məlumata görə, zavodun istehsalı olan fransız məhsulu adı altında təqdim olunan araqların 80 faizi Rusiyaya və digər MDB ölkələrinə göndərilir.
Məsələ ilə əlaqədar mərkəzi ofisi Moskvada yerləşən və “Artsax brend company”nin törəmə müəssisəsi olan “Arüax-Rusğ” şirkəti ilə əlaqə saxladıq. Şirkətin direktor müavini Alla adlı xanım təmsil etdiyi qurumun birbaşa Rusiya və MDB ölkələri ilə işlədiyini deyərək Bakıya birbaşa alkoqollu içkilərin göndərilməsi məsələsini inkar etdi. Lakin onun sözlərinə görə, Bakıya içkilərin göndərilməsi ilə birbaşa işğal olunmuş ərazidə yerləşən şirkətin baş ofisi və şəxsən Tiqran Arutunyan məşğul olur.
Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. Onun sözlərinə görə, bu cür idxal-ixrac əməliyyatı mümkündür. Çünki Azərbaycan bazarına Ermənistan istehsalı olan konyak, qəhvə, ayaqqabı, lampa və s. gətirilməsi halları ara-sıra müşahidə olunub: “Mən özüm şahidi olmuşam ki, Azərbaycan və Ermənistan vətəndaşları Gürcüstanda, Tiflisdəki vağzalda alver ediblər. Eyni vəziyyət Ermənistanın Tavuş, Gürcüstanın Sadaxlı və Azərbaycanın Qırmızı Körpüsündə vaxtilə müşahidə olunub”.
E.Hüseynov onu da deyir ki, məsələ öz təsdiqini tapsa, bu, birbaşa ölkə gömrük orqanlarının günahı kimi qəbul olunmalıdır. E.Hüseynovun sözlərinə görə, məsələ ilə əlaqədar araşdırmalar aparılacaq.
Məlumat üçün bildirək ki, “Artsax brend company” 1998-ci ildə “Artsax alko” adı ilə yaradılıb. Onun əsas istehsal məhsulları olan araq, çaxır və konyaklar rəsmən Rusiya, Bolqarıstan və Çexiyaya satılır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə