İllərdir həlli tapılmayan məsələ elə müzakirə olunaraq qalır
3-04-2014, 05:20
Oxunub: 5 322
İcbari Tibbi Sığortanı kimlər gecikdirir?
Bütün dünyada səhiyyə sisteminin uğurlu addımı hesab olunan tibbi sığortanın Azərbaycanda düyünü hələ ki, açılmır. Bu sahədə qanunun qəbul olunmasına baxmayaraq, hələ heç bir ciddi irəliləyiş gözə dəymir. Tibbi sığorta vətəndaşlar xəstələndikdə onların xəstəxanalarda pulsuz müalicə olunması deməkdir. Məsələ burasındadır ki, icbari tibbi sığortanın ödənişlərlə bağlı, hansı həcmdə və necə ödənilməsi ilə bağlı məsələ hələ də razılaşdırılmayıb. Elə buna görə də icbari tibbi sığortanın əmək haqqından, yoxsa əmək haqqı fondundan ödənilməsi məsələsi açıq şəkildə qalmaqdadır.
Zaman- zaman icbari tibbi siğortanın tətbiqi müzakirə olunsa da, hələ də tətbiqi reallaşmayıb. Elə bu səbəbdəndir ki, icbari tibbi sığortanın maliyyələşdirilməsi modelinə yenidən baxılması üçün bir müddət öncə işçi qrup yaradılıb. Bu qərar fevral ayının 21-də Nazirlər Kabinetinin səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari sığortanın tətbiqinə həsr olunmuş geniş iclasında qəbul olunub. İclasda səhiyyə sahəsində islahatların inkişafını nəzərdə tutan icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin sürətləndirilməsinin vacibliyi qeyd olunub. Azərbaycan bu mexanizmin yerinə yetirilməsi üçün Almaniya, Hollandiya, Norveç və Rusiyanın təcrübəsini öyrənib. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbov bildirib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə 2015-ci ildən başlanacaq. Komitə sədrinin sözlərinə görə, İTS-nin tətbiqi səhiyyə sektorunun inkişafı ilə yanaşı, səhiyyə işçilərinin əməkhaqlarının artımına da səbəb olacaq. Hətta icbari tibbi sığortanın tətbiqi üçün 10 milyon manat vəsait də ayrılıb. Bu barədə prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda bildirilir. Qanuna görə, 2013-cü ildə Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün 10 mln. 32 min manat ayrılıb.
Qeyd edək ki, icbari tibbi sığorta Azərbaycanda 2007-ci ildən qəbul edilib. Eyni zamanda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə dövlət agentliyi yaradılsa da, ölkədə icbari tibbi sığortanın tətbiqi indiyədək gecikir. Bu qurumun mövcud olmasına baxmayaraq, bu sahədə hər hansı yenilik yoxdur. Ekspertlərin fikrincə, bunun əsas səbəbi son vaxtlaradək əhalinin gəlir və yaşayış səviyyəsinin aşağı olması, eləcə də səhiyyə sisteminin durumudur.
Demək bu nəticəyə gəlmək olar ki, Azərbaycanda tibbi sığorta haqqında qanunun qəbul olunmasına, dövlət büdcəsində bunun üçün vəsaitin nəzərdə tutulmasına baxmayaraq, vətəndaşlar bu imkandan yararlana bilmir. Səhhətində problem yaranan insanlar çox vaxt qonşu ölkə olan İrana üz tutmalı olurlar. Buna səbəb ölkədə keyfiyyətli səhiyyə sisteminin olmaması, yaxud normal müalicə almaq istəyənlərin bunun üçün böyük vəsait xərcləmək məcburiyyətində qalmasıdır. Ancaq tibbi sığorta olsa, müalicə pulsuz həyata keçirilər. Məsələn, Avropa ölkələrinin hamısında icbari tibbi sığorta ilə yanaşı, bir sıra könüllü tibbi sığorta növləri də mövcuddur. Avropa Birliyinə üzv ölkələrin vətəndaşları öz ölkəsində tibbi sığortası olduğu halda quruma üzv olan digər ölkələrdə də bundan istifadə edə bilər. Avropa dövlətlərində səhiyyə və əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi ən çox diqqət ayrılan sahələrdən biridir. Eyni zamanda bir çox sosial qruplara pulsuz tibbi xidmət göstərilir. Bura pensiyaçılar, aztəminatlı və çoxuşaqlı ailələr daxildir. Vətəndaşlar dövlətin nəzarətində olan bütün klinikalarda istənilən tibbi xidmətdən pulsuz istifadə edə bilir. Hətta göz linzaları və eynəklərin xərci də sığortaya daxildir.
İnanaq və ümid edək ki, bizim vətəndaşlar da tez bir zamanda tibbi sığortadan yararlana biləcəklər. Və müayinə, müalicə üçün başqa ölkələrə üz tutmaq məcburiyyətində qalmayacaqlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər