Azərbaycanda 10 milyon nömrə var
24-04-2014, 05:00
Oxunub: 4 786
Bunlardan 7 milyon 957 min 800 aktiv, 1 milyon 762 min 600-ü isə passiv nömrələrdir
Həyat tərzi Azərbaycanda ötən ilin nəticələrinə əsasən, mobil nömrələrin sayı 9 milyon 720 min 600 nömrə təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, onlardan 7 milyon 957 min 800 aktiv, 1 milyon 762 min 600-ü isə passiv nömrələrdir.
Hazırda orta hesabla “Azercell Telekom” şəbəkəsində mobil nömrə istifadəçilərinin sayı 4,5 milyon, “Bakcell” şəbəkəsində 2,8 milyondur. 2,4 milyon isə “Azerfon” şirkətinin şəbəkəsində istifadə edilən mobil nömrələrin payına düşür. Nəzərə alsaq ki, 2012-ci ilin nəticələrinə əsasən “Azercell Telekom” şirkətinin mobil nömrə istifadəçilərinin sayı 4,4 milyon, “Bakcell” istifadəçilərinin sayı 2,6 milyon, “Azerfon” şirkətinin istifadəçilərinin sayı 2 milyondan çox olub, 2013-cü ildə “Azerfon”un mobil nömrə istifadəçilərinin sayı 16%, “Bakcell” və “Azercell Telekom” şirkətlərinin mobil nömrə istifadəçilərinin sayı isə müvafiq olaraq 7,1% və 2,2% artıb.
Ötən ilin nəticələrini əsas götürərək demək olar ki, “Azercell Telekom” şirkətinin bazar payı 53,7%, “Bakcell”in bazar payı 28,8%, “Azerfon” şirkətinin bazar payı isə təqribən 25% təşkil edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər