ATV-də rüşvət öz təsdiqini tapdı - Foto
29-04-2014, 11:05
Oxunub: 5 914
“Bəli, bu xəbər doğrudur. Bu, gizlin deyil, açıq-aşkardır. Biz əvvəlcədən müqaviləyə qoy çəkirik. 600 manat iştirakçının səhnəyə çıxışı zamanı geyiminə və saçına sərf olunacaq”. Bu sözləri “Axar.az”a ATV-də yayımlanan “Azərbaycanın səsi” verilişinin iştirakçılarından biri deyib. Onun sözlərinə görə, bu pul müqavilədə də öz əksini tapır. “Ancaq sponsorlarla necə müqavilə bağlanıb və onlar iştirakçıların geyim və saç dizaynını nəzərə alıblarmı və s. suallara mən cavab verə bilmərəm”. “Azərbaycanın səsi” layihəsinin rəhbəri olan türkiyəli Kənan İçtən isə bu suallara yalnız ATV-nin cavab verməli olduğunu söylədi: ATV kanalı ilə əlaqə saxlayın. Mənim suallara cavab verməyə vaxtım yoxdur”. ATV rəhbərliyi və departamentləri isə bu layihənin onlarab aid olmadığını, bütün məsuliyyətin layihənin icraçılarının üzərinə düşdüyünü söylədi. Xatırladaq ki, “Azərbaycanın səsi” yarışmasının iştirakçıları seçim turuna qatılmaq istəyənlərdən 600 AZN rüşvət yığıldığını sosial şəbəkədə öz profillərindən paylaşıblar. Bildirilir ki, əgər münsiflər həmin şəxsi seçsələr, o zaman ödənilmiş məbləğ geri qaytarılmır. Yarışda seçilməyənlərə isə həmin məbləğin 500 manatı qaytarılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər