“Eurovison-2012” ilə bağlı Bakıda çoxmərtəbəli binalar sökülür – FOTOLENT
23-10-2011, 13:15
Oxunub: 7 419
Bayıl qəsəbəsində, Dövlət Bayrağı Meydanı ətrafında söküntü işləri aparılır
“Eurovision-2012” ilə əlaqədar Bakıda böyük söküntü işlərinə başlanılıb. Səbail rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayon ərazisində, A.Quliyev küçəsində yerləşən 2 9 mərtəbəli bina, həmçinin 49 saylı orta məktəbi yaxınlığındakı 9 mərtəbəli bina və yaxınlıqdakı digər binaların söküntüsünə başlanılıb.
Səbail RİH-in şöbə müdiri İsrafil Kərimov Lent.az-a açıqlamasında bildirib ki, həmin binalarda yaşayanlar üçün 2 təklif irəli sürülüb. 1-ci təklifdə sakinlərə yaşayış yerinin hər kvadrat metrinə görə 1500 manat təklif olunub. Yaxud da həmin binaların sakinləri Badamdar qəsəbəsi, Nəqliyyat Nazirliyinin və ya “Qələbə” meydanının yaxınlığında yerləşən yeni tikililərdə mənzil ala bilərlər. Artıq bina sakinlərinin əksəriyyəti evlərini tərk edib.
İ.Kərimov bildirib ki, söküntü işləri ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı var: “Bu, sırf “Eurovision” müsabiqəsi ilə bağlıdır. Həm də ölkə başçısı İlham Əliyev Dövlət Bayrağı Meydanında olarkən yaxınlıqdakı tikililərin sökülməsi, ərazinin abadlaşdırılması ilə bağlı tapşırıqlar verib”.
Şöbə müdiri onu da dedi ki, Dövlət Bayrağı Meydanıından şəhərin mərkəzi istiqamətinə yeni yol çəkilir. Artıq ərazidəki Dövlət Sərhəd Xidmətinə məxsus hərbi hissə Türkan qəsəbəsi yaxınlığına köçürülüb. Hazırda isə Hərbi Dəniz qüvvələrinə məxsus gəmilərin çıxarılması prosesi gedir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər