Sumqayıtda valideynləri 16 yaşlı qızı pulla satmaq istədi
25-06-2014, 14:30
Oxunub: 4 744
Sumqayıt şəhərində 16 yaşlı qız məcburi ailə qurmaq xofundan azad olunub
Bu barədə “Təmiz Dünya” təşkilatının rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, 16 yaşlı K.K. kasıb ailədə doğulub. Qızın valideynləri bu kasıbçılıqdan qurtulmağın yolunu övladlarını ərə verməkdə görüblər.
Qızı sevmədiyi bir oğlana nişanlayıblar. Nişanlanandan sonra K.K.-in qara günləri başlayıb. Nişanlısı qızın evinə gedərək, valideynlərinin gözləri qarşısında onu döyüb-incidirmiş. Oğlanın bu hərəkətlərindən bezən K.K. evlənmək istəmədiyini desə də, qızın valideynləri onu ailə qurmağa məcbur edib.
Qızlarını ərə verməkdə israr olan valideynlərin bu əməllərinə səbəb isə oğlan tərəfi olub. Çünki oğlanın ailəsi qızın valideynlərini təhdid edib. “Əgər K.K.-nı ərə verməyə razı olmasanız, 8 min manat verməlisiniz”, - deyə oğlan tərəfi qızın ailəsini təhdid edib.
Olanlardan cana doyan K.K. axırda evdən qaçıb. Biz müddət küçədə səfalət içərisində gəzən qız sonradan “Təmiz Dünya” təşkilatına müraciət edib.
“Bizim sığınacağa müraciət etdikdən sonra qızı himayəmizə götürdük. İlk öncə qız valideynlərinə yerini bildirmək istəmədi. Ona görə də, qızın ailəsinə onun yerini demədik. Sadəcə qızın bizim himayəmizdə olduğunu dedik”, - deyə Mehriban Zeynalova bildirib.
Sonradan təşkilat nümayəndələri problemə son qoymaq üçün polisə müraciət edib. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları problemin həll olunmasında yardımçı olub.
“İlk öncə qızın valideynlərilə danışıq apardıq. Onlara işin əsil mahiyyətini anlatdıq. Sonra K.K.-nın valideynləri polisə şikayət etdilər”, - deyə M.Zeynalova vurğulayıb.
Şikayətdən sonra polis oğlanın ailəsilə danışıqlar aparıb. K.K.-nın niaşnı qaytarılıb.Hazırda məsələ polis tərəfindən araşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər