“Kurtlar Vadisi”nin qurbanı nələri danşdı?
1-11-2011, 13:50
Oxunub: 5 663
Polis mafiyasının zülmü ilə qarşılaşmış Fuad Hüseynov Mehriban Əliyevadan yardim istəyir
Ucarda “Kurtlar Vadisi” adlı yerli mafiyanın qurbanı jurnalist, hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan məhbus Hüeynov Fuad Oktay oğlu Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və redaksiyamıza şikayət məktubu ünvanlayıb. Bolgexeber.com xəbər verir ki, həmin məktubda F.Hüseynov azadlığa buraxılmasını istəyir.
Onun sözlərinə görə, “Bizim Soy” qəzetinin Şirvan bölgəsi üzrə müxbiri işləyirmiş və yazıları siyasi yox, sosial yönümdə olub. “Bölgə sakinlərinin şikayətlərini araşdırıb yazmışam. Hakimiyyətin siyasi kursunun əleyhinə heç vaxt yazılarım olmayıb ki, bunu təsdiq edəcək mətbuat səhifələrini əgər qəbul edəcəksinizsə, anam Sizə təqdim edəcək. Heç bir partiyanın üzvü və tərəfdarı deyiləm. Böyük qardaşım Hüseynov Bəxtiyar 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür”.
F.Hüseynov bildirir ki, evlərində baş vermiş oğurluq cinayətinə görə şikayət etməsi Ucar RPŞ-nin sabiq rəisi Ənvər Quliyevin qəzəbinə səbəb olduğundan onun işinin sifarişini yaxın qohumu, həmyerlisi hazirki polis rəisi Tahir Quliyevə veriblər. “Sonuncunun qurduğu qondarma cinayətə görə həbs edildim. Qeyd edim ki, evimizdə oğurluq cinayəti 2007-ci ildə baş vermişdir ki, həmin vaxt Ucar RPŞ-nin rəisi Ənvər Quliyev idi. O, 2009-cu ilin mart ayında təqaüdə göndərilmiş , guya mənim çoxsaylı şikayətlərim onun hansısa rayonların birinə icra başçısı təyin olunmasına əngəl yaratmışdır. Elə bu səbəbdən də bu vəzifə xəstəsinin sifarişi ilə qondarma cinayətə görə Ucar Rayon Məhkəməsinin 26.09.2011-ci il tarixli hökmü ilə AR CM-nin 221.3-cü maddəsilə (xuliqanlıq) təqsirli bilinib 6 il 6 ay müddətində qanunsuz olaraq azadlıqdan məhrumetmə cəzası ilə sifarişlə məhkum edildim”.
O yazıb ki, bu cinayətin qondarma olmasını təsdiq edən çoxlu sayda konkret maddi sübutlara məhkəmə əhəmiyyət vermədi. “Məni qondarma cinayətlə, öz şəxsi maraqlarına görə həbs etmiş yaramazlar öz qanunsuz, çirkin əməllərini sığortalamaq üçün şaiyə yayıb, təbliğatlar aparırlar ki, guya mənim həbsimin sifarişini prezident verib. Biz buna qətiyyən inanmırıq, bu yalandır , düşünülmüş təbliğatdır. Bir neçə hüquq müdafiəçisi mənim həbsimi siyasiləşdirib, məni siyasi məhbus siyahısına salmaq istəsələr də buna razılıq vermədik. Çünki bizə Avropanın yox prezidentin, Sizin köməyiniz lazımdır. Məgər oğurlu cinayətindən şikayət etmək dövlət siyasətinə qarşı çıxmaq deməkdirmi?”
F.Hüsynov onuda onu da yazıb ki, hökmdən verdikləri Appeliyasiya Şikayətinə Şirvan Appelliyasiya Məhkəməsində baxılacaq. “Məni qondarma cinayətlə həbs edənlər Appelliyasiya Məhkəməsinə təzyiq etməyə çalışırlar. Hörmətli Mehriban xanım! Sizdən çox-çox xahiş edirəm mənim anamı qəbul edib dinləyib, bizə yaxından kömək edəsiniz”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər