BolgeXeber.Com » Sosial » Qurban bayramında heyvan və ət satışı ilə bağlı dövlət nəzarəti başa çatdırılıb
Qurban bayramında heyvan və ət satışı ilə bağlı dövlət nəzarəti başa çatdırılıb
8-11-2011, 12:35
Oxunub: 6 824
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Qurban bayramı ilə əlaqədar respublikanın rayonlarında və Bakı şəhərində qurbanlıq heyvanların satışı ilə bağlı araşdırmaları başa çatdırıb. Bu haqda Bolgexeber-ə DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Onun sözlərinə görə, Qurban bayramı ilə əlaqədar baytarlıq mütəxəssisləri paytaxtın girişində - Lökbatan, Xırdalan dairələri, Şamaxı və Dərnəgül yollarında Bakıya gətirilən heyvanlarla bağlı sənədləri araşdırıb. Həmçinin Bakıda qoyun və ət satılan 14 məntəqədə baytarlıq-sanitariya tələblərinə əməl olunması qaydaları yoxlanılıb: “Təəssüf ki, xəbərdarlıqlarımıza baxmayaraq, bəzi işbazlar yenə də yol kənarlarında heyvanların satışını təşkil etdilər. Az da olsa müəyyən olunmamış yerlərdə heyvan kəsimi həyata keçirilib. Bütün neqativ hallara qarşı tədbirlər həyata keçirilib”.
Qeyd edək ki, müəyyən edilmiş xüsusi yerlərdən kənarlarda heyvan və ət satışı ilə məşğul olan fiziki şəxslərin 25, hüquqi şəxslərin 100-125, vəzifəli şəxslərin isə 40-60 manat arasında cərimə olunması nəzərdə tutulub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər