Cəlilabadda müəllimlər maaşsız qalıb
10-11-2011, 08:50
Oxunub: 7 007
Səbəb isə təhsil şöbəsinin müdiri Ədalət Əsgərovun həmin pulları özünə götürməsidir
Təhsil sistemində vəziyyətin bərbad olduğu dəqiqdir. Təhsil Nazirliyinin bununla bağlı heç bir tədbir görməməsi isə əyalətlərdə müəllimlərin durumunu daha da ağırşaldırıb. Bolgexeber.com-a məlumat verən müəllimlərdən biri deyib ki, Cəlilabadda isə dərs başlayandan indiyə qədər müəllimlərə maaş verilmir.
Bizə məlumat verən şəxs qeyd edib ki, bir müəllim 15 günlük dediyi dərsə görə 1 manat, digər müəllimlərin isə maaşları 37 manatdır. Mənbə deyir ki, vəziyyətin belə bir şəkil almasının səbəbi Cəlilabad rayon Təhsil Şöbəsinin rəhbəri Ədalət Əsgərovun qoyduğu qaydalardır. Onun bildirdiyinə görə, təhsil şöbəsinin müdiri hər ay müəllimlərin pullarını əlindən almaq üçün müxtəlif bəhanələr gətirir və maaşları özünə götürür. Hətta iş o yerə çatıb ki, müəllimlərin yerinə maaş cədvəlinə qol çəkilərək, əmək haqları götürülüb birbaşa şöbə müdirinə verilir.
Məlumatı verən şəxs iddia edir ki, Ədalət Əsgərov bu addımlarını Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun tapşırığı əsasında həyata keçirdiyini deyir. Belə ki, Əsgərov yığdıqları pulları icra başçısına verdiyini bildirir.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər