BolgeXeber.Com » Sosial » London Olimpiadasına daha 5 lisenziya qazandıq

London Olimpiadasına daha 5 lisenziya qazandıq

14-11-2011, 13:05
Oxunub: 4 843 Qadınların yarışında ümumi sıralamada isə yığmamız 30-cu yeri tutub.

Ağır atletika üzrə Fransada keçirilən dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası mundialda cəmi 1 bürünc medal qazansa da, onun çıxışını uğurlu saymaq olar.

Belə ki, Parisdəki yarışa qədər yığmamızın aktivində 69 lisenziya xalı var idi. 2010-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında əldə etdiyimiz bu xallar bizə 4 Olimpiya lisenziyası verirdi. Fransadakı mundialda isə bu reytinqimizi təsdiqləməli və imkan daxilində onu daha da artırmalı idik. Məhz belə də oldu. Parisdə atletlərimiz bir il əvvəlkindən daha yaxşı çıxış edərək, 93 xal qazandılar. Yekunda əldə etdiyimiz 162 xal isə komandamıza 2012-ci ildə Londonda keçiriləcək 30-cu Yay Olimpiya Oyunlarına 5 kişi idmançı ilə təmsil olunmaq imkanı verib.
Bir il əvvəl Türkiyədə cəmi 7 xal qazanan millimiz Fransada bunun üzərinə daha 59 xal da gətirib. Ancaq təəssüf ki, toplamda əldə etdiyimiz 66 xal idmançılarımıza Olimpiadaya lisenziya qazanmaq imkanı verməyib.
Beləliklə, Azərbaycan milli komandasının London-2012-yə qazandığı lisenziyaların sayı 28-ə çatıb.

Qeyd edək ki, yığmamıza dünya çempionatında yeganə bürünc medalı Valentin Xristov (56 kq) qazandırmışdı.