BolgeXeber.Com » Sosial » Bakıda bankomatı doğrayan şəxs iş başında tutuldu

Bakıda bankomatı doğrayan şəxs iş başında tutuldu

17-11-2011, 12:30
Oxunub: 4 684 Noyabrın 17-nə keçən gecə Bakıda oğurluq etmək istəyən şəxs iş başında tutulub.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, Nizami rayon ATS-nin qarşısında quraşdırılmış Beynəlxalq Banka məxsus bankomatı xüsusi alətlə kəsən İbrahimov İqor Siyavuşoviç iş başında tutulub.

Məlumata görə, İ.İbrahimovun doğradığı bankomat Nizami RPİ-nin inzibati binasının yaxınlığında yerləşir. Məlumat daxil olan kimi polis dərhal ərazini əhatəyə alıb və külli miqdarda pul aparmaq istəyən şəxs tutulub.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.