Qanunsuz evləri sənədləşdirmək istəyənlərə şad xəbər
22-11-2011, 13:40
Oxunub: 6 737
“Azərbaycan prezidentinin bu ilin əvvəlində verdiyi sərəncama uyğun olaraq qanunsuz tikililərin sənədləşdirilməsi barədə qanun layihəsi hazırlanıb”.
Bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov deyib.
Onun sözlərinə görə, qanun layihəsi Milli Məclisdə təsdiqlənəndən sonra qüvvəyə minəcək: “Qanun layihəsi artıq hazırdır və müvafiq qurumlara təqdim olunub”.
Q.Məmmədov Bakı şəhərinin ətraf qəsəbələrində və Abşeron rayonu ərazisində əkinə yararlı torpaqlarda tikililərin inşası ilə bağlı məsələlərə də münasibət bildirib. Komitə sədrinin sözlərinə görə, rəhbərlik etdiyi qurum bununla bağlı daim monitorinqlər apararaq müvafiq orqanlara məlumat verir: “Belə tikililərin sökülməsi istiqamətində də lazımi addımlar atılır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər