BolgeXeber.Com » Sosial » Hesablarımızın oğurlanmasının qarşısını necə ala bilərik?

Hesablarımızın oğurlanmasının qarşısını necə ala bilərik?

8-10-2014, 10:15
Oxunub: 3 559 Elxan Elmanoğlu: “Nəhəng haker qruplaşmalarının hədəfi iri şirkətlər və tanınmış şəxslər olur”
Bu yaxınlarda hakerlər tərəfindən Hollivud ulduzlarının çılpaq fotoları yayılıb. Fotoşəkilləri yayılan Hollivud ulduzlarının vəkilləri Google şirkətindən 100 milyon məbləğində təzminat tələb edir. Milli.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onlar iddia edirlər ki, internet şirkəti həmin məşhurların fotolarını vaxtında silə bilməyib. Bu səbəbdən də milyonlarla pul qazanıb.

Qeyd edək ki, hakerlər aktrisa Cennifer Lourens, model Keyt Apton, müğənni Rihanna və digər məşhurların intim görüntülərini yaymışdı. Ümumiyyətlə, məşhurlarla yanaşı bir sıra informasiya saytları da tez-tez haker hücumuna məruz qalır.

Həmçinin mobil telefonlarımız da hakerlərin hücumuna məruz qala bilir. Artıq telefonlardan şəxsi informasiyanı oğurlaya bilən xüsusi proqramlar fəaliyyət göstərir. Applikasiyalar, zərərsiz görünən oyunların da arxasında məqsəd dura bilər. Əgər telefonunuzun batareyası tez qurtarırsa, o zaman narahat olmalısınız. Bu göstərir ki, sizin telefonunuzdan informasiya oğurlana bilər. Bundan başqa, aylıq hesabınızda qəribə nömrələr görsəniz, bu, telefonunuzda arzuedilməz softverin olduğundan xəbər verə bilər.
Maraqlıdır, bunun qarşısını necə almaq olar? Necə olur ki, bizim sosial şəbəkələrimizin parolları sındırılır?İT mütəxəssisi Elxan Elmanoğlu bu kimi halların insanların diqqətsizliyi ucbatından baş verdiyini dedi: “İnsanların Google+ da şəkillərinin yayılması öz diqqətsizliklərindən qaynaqlanır. Məsələn, diqqət etsək görərik ki, whatsapp ilə yanaşı, whatsapp+ yaradılıb. Diqqətsizlik edib bu proqramı yükləmək telefonunuza rahat müdaxilə edilməsinə şərait yaratmaqdır. Bu, adətən professional hakerlər tərəfindən atılan, ağıllı, aldadıcı addımlar və manevrlərdir. Hədəf isə əsasən iri şirkətlər, holdinqlər və ya proqramlar olur. Öncə onu qeyd edim ki, hadisələrin hazırkı gedişatı sadə vətəndaşları elə də böyük təhlükə ilə üz-üzə qoymur. Bu prosesi başlayan nəhəng haker qruplaşmalarının hədəfi iri şirkətlər və tanınmış şəxslər olur. Onlar bu addımı adətən qara PR üçün atırlar. Onlar ən məşhur şəxsləri seçir, məlumatları oğurlayır və yayırlar. Bu yaxınlarda Hollivud ulduzlarının iCloud hesabları oğurlandı və bir neçə məşhur şəxsin məlumatları oğurlanaraq, yayıldı. Burada hədəf İcloud və İOS əməliyyat sistemi idi. Hakerlər öz hədəflərinə çatmaq üçün bir neçə məşhur şəxsi seçdilər. Bundan başqa, yaxınlarda Ukrayna inqilabının başlanğıcını qoyan Udar Partiyasının sədri Vitali Kliçkonun həyat yoldaşı ilə olan şəkilləri oğurlanaraq yayıldı. Bu addım da Kliçko və Ukrayna inqilabına qarşı atılmış addım idi.

Mənə elə gəlir ki, hazırda bizim üçün belə təhlükə yoxdur. Qaldı ki, bizim bunlardan necə sığortalanacağımıza, bu proqram, aplication, əməliyyat sistemi, sosial şəbəkədən asılı olaraq dəyişir. Bizim, yəni proqramistlərin görəcəyi xırda tədbirlər iri hücumların qarşısını ala bilmir. Bu kimi iri hücumların qarşısı ancaq hədəf seçilmiş şirkətlər, əməliyyat sistemləri və sairə tərəfindən alına bilər. Məsələn, əgər iCloud hesabına hücumlar olursa, onun qarşısını almaq üçün Apple şirkəti tədbirlər görməlidir. Apple müəyyən etməlidir ki, hücumlar hansı boşluqlardan istifadə olunaraq həyata keçirilib. Bu boşluqlar Apple şirkəti tərəfindən bağlanmalı və istifadəçilərinin tam güvənliliyini təmin etməlidir. Eyni zamanda gmail, facebook hesabımızda da bizim görəcəyimiz tədbirlər, hakerler üçün ciddi əhəmiyyət kəsb etmir. Əgər hücum edən həvəskar haker olarsa, məsləhət vermək olar ki, hesabınızı nömrənizlə əlaqələndirin. Belə edəcəyiniz təqdirdə hesabınıza hər daxil olmaq istəyəndə telefon nömrənizə kod gələcək. Yalnız o kodu daxil etdikdən sonra hesabınıza daxil olmaq mümkün olacaq. Bu daha güvənlidir. Həmçinin bu, facebook və gmail hesabınıza da aiddir. Yəni bu hesablarınızı da nömrənizlə əlaqələndirin. Əgər söhbət iCloud hesablarınızdan gedirsə, iCloud hesabı gmaillə əlaqəli olur. Buna görə də gmail hesabınızda bütün təhlükəsizlik tədbirlərini görmək lazımdır. Mümkündürsə, iCloud hesabınızda da geri qaytarılası fayl saxlamayın və silin".