BolgeXeber.Com » Sosial » Tələbələr təqaüdlərini ala bilmirlər

Tələbələr təqaüdlərini ala bilmirlər

1-12-2011, 11:10
Oxunub: 5 985 Bu il ali məktəblərə qəbul olan tələbələrin heç biri hələ təqaüd ala bilməyiblər

Bu il ali məktəblərə qəbul olan tələbələrin heç biri hələ təqaüd ala bilməyiblər. Bu barədə bolgexeber.com-a tələbələr məlumat veriblər. Onların sözlərinə görə, bu il ali məktəblərə qəbul olan tələbələrin hər birindən plastik kartlar üçün 5 manat yığılıb.

Bəzi ali məktəblərdə kartlar tələbələrə verilsə də, Bakı Dövlət Universitetinin 1-ci kurs tələbələrinə hələ də kart verilməyib. Kart alan tələbələr isə təqaüdlərinin hələ də verilmədiyindən gileylənirlər: “Hər gün qarşımıza çıxan bankomata yaxınlaşıb gündə 10-15 dəfə kartımızı yoxlayırıq. Amma pul yoxdur. Artıq 3 ay keçib, məktəbdə isə bizə yalnız pulun köçürüləcəyi barədə ümid verirlər”.